Aİ qazın bahalaşması problemini qışa qədər həll etməlidir - Kadri Simson

Aİ qazın bahalaşması problemini qışa qədər həll etməlidir -    Kadri Simson
  30 Sentyabr 2022    Oxunub:428
"Avropa İttifaqı qışa qədər mavi yanacağın bahalaşması problemini həll etmək üçün əlavə addımlar atmalıdır". AzVision.az xəbər verir ki, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson öz Twitter səhifəsində yazıb.
“Bu gün enerji şurasında qəbul etdiyimiz qərar enerji böhranını aradan qaldırmaq üçün artıq həyata keçirdiyimiz tədbirlərin uzun bir siyahısının bir hissəsidir.

Amma mən Aİ ölkələrinin enerji nazirlərin fikirləri ilə razıyam ki, biz daha çox iş görməliyik, xüsusən də qışa qədər qazın qiyməti ilə bağlı məsələni həll etməliyik”, - o bildirib.

Aİ enerji nazirləri cümə günü fövqəladə iclasda yüksək enerji qiymətlərinə cavab vermək üçün bir sıra tədbirlər haqqında razılığa gəliblər.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti