Səfir mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib

Səfir mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib
  01 Oktyabr 2022    Oxunub:539
Fransanın Azərbaycandakı səfiri Zakari Qross mina partlaması nəticəsində Füzulidə iki vətəndaşın həlak olması ilə bağlı başsağlığı verib.
AzVision.az -ın məlumatına görə, bu barədə səfir tviter səhifəsində yazıb.

“Füzuli rayonu ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Amid Əsədov və Çərkəz Quluzadənin həlak olması xəbəri məni kədərləndirdi”, - paylaşımda deyilir.

Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

AzVision.az



Teqlər: Səfir   Mina  





Xəbər lenti