Prezident: “Azərbaycan Avropanın etibarlı enerji tədarükçüsünə çevriləcək”

      Prezident:    “Azərbaycan Avropanın etibarlı enerji tədarükçüsünə çevriləcək”
  01 Oktyabr 2022    Oxunub:407
“Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

"Azərbaycan uzun illər beynəlxalq bazarlara və ilk növbədə, Avropa bazarlarına etibarlı neft tədarükçüsü olub, indi isə etibarlı qaz tədarükçüsünə çevrilib. Xanım Prezidentin (Avropa Komissiyasının sədri Ursula fon der Lyayen) bərpa olunan enerji mənbələri haqqında dediklərinə münasibət bildirərək demək istərdim ki, bu, həm də cari ilin iyulunda imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun bir hissəsidir. Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”, - dövlət başçısı bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti