Koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü

Koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü
  01 Oktyabr 2022    Oxunub:844
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, hazırda 883 aktiv xəstə var. Bu günə qədər 9 919 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 656, bu günə qədər isə ümumilikdə 7 252 623 test icra olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti