Polşa Belarusla sərhədə bahalı hasar çəkib

Polşa Belarusla sərhədə bahalı hasar çəkib
  01 Oktyabr 2022    Oxunub:758
Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin mətbuat katibi Stanislav Jarin bildirib.

Jarin deyib ki, Polşa sərhədi Avropada ən çox qorunan sərhəddir.

Mətbuat katibi əlavə edib ki, hazırda baryerdə elektron hərəkət sensorları və müşahidə kameraları quraşdırılır.

Bildirilib ki, sərhədboyu 180 km-dən uzun və 5 metr hündürlüyündə olan hasarın texniki avadanlıqla birlikdə təxminən 400 milyon dollara başa gəlib.

AzVision.az



Teqlər: Polşa   Belarus  





Xəbər lenti