Avstraliya 28 rusiyalıya sanksiya tətbiq edəcək

Avstraliya 28 rusiyalıya sanksiya tətbiq edəcək
  02 Oktyabr 2022    Oxunub:397
Avstraliya qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin 28 nümayəndəsinə, habelə nazirlərə və yüksək rütbəli məmurlara qarşı sanksiya tətbiq etmək niyyətindədir. Bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, sanksiyalar referendumların təşkilində və keçirilməsində iştirak etmiş şəxslərə şamil ediləcək. Sanksiyaya məruz qalanların siyahısı verilmir.

Sentyabrın 23-dən 27-dək "DXR" və "LXR"də, həmçinin Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək üçün referendumlar keçirilib.

Cümə günü Rusiya prezidenti Vladimir Putin və qondarma respublikaların, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu regionların Rusiyaya birləşdirilməsi haqqında saziş imzalayıblar.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti