Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü

   Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü
  02 Oktyabr 2022    Oxunub:577
Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
AzVision.az report-a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti