Keçmiş prezidentin villası 50 milyon dollara satıldı

   Keçmiş prezidentin villası 50 milyon dollara satıldı
  02 Oktyabr 2022    Oxunub:769
Keçmiş Yuqoslaviya Prezidenti, Qoşulmama Hərəkatında çox tanınmış dövlət rəhbərlərindən olan İosif Broz Titonun Nyu-Yorkdakı villası 50 milyon dollara satılıb.
AzVision.az xəbər verir ki, Tito tərəfindən 1946-cı ildə Yuqoslaviya üçün alınan bina soyuq müharibə dövründə Qoşulmama Hərəkatı ilə bağlı planların tərtib edildiyi yer olub.

Dəbdəbəli quruluşu ilə Versal Sarayını xatırladan binanın satışından əldə olunan gəlir keçmiş Yuqoslaviya ölkələri - Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya, Serbiya və Sloveniya arasında bölüşdürüləcək. Bosniya və Herseqovina satışdan 7,5 milyon dollar əldə edəcək.

Daşınmaz əmlak məsləhətçiləri satış prosesində Balkan ölkələrinə bir neçə dəfə səfər edib və prezidentlər də daxil olmaqla yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçiriblər.







AzVision.az


Teqlər:





Xəbər lenti