Rusiyanın atom sualtı qayığı bazadan yoxa çıxdı

 Rusiyanın atom sualtı qayığı bazadan  yoxa çıxdı
  03 Oktyabr 2022    Oxunub:1047
Rusiya atom sualtı qayığı bazadan "yoxa çıxıb". AzVision.az xəbər verir ki, bu barədə "La Repubblica" NATO-dakı mənbələrə istinadla xəbər yayıb.
K-329 "Belqorod" gəmisində “reaktiv sunamiyə” səbəb ola biləcək nüvə başlıqlı 6 "Poseydon" torpedası var. Məsələ burasındadır ki, onlar istilik dalğası yaymadığından NATO sensorlarından yayına bilirlər.

NATO Rusiya Federasiyasının Qara dəniz bölgəsində "Poseydon"u sınaqdan keçirə biləcəyindən ehtiyat edir. Buna görə də müttəfiqlərinə xüsusi kəşfiyyat hesabatı göndərib.

Məhəmməd Əli
AzVision.az

Teqlər:







Xəbər lenti