Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib

   Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib
  05 Oktyabr 2022    Oxunub:469
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, dövlətimizin başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti