Vaşinqton Azərbaycanın addımını alqışladı

   Vaşinqton Azərbaycanın addımını alqışladı
  05 Oktyabr 2022    Oxunub:349
“Vaşinqton Azərbaycan tərəfindən 17 erməni hərbçinin geri qaytarılmasını alqışlayır”.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan özünün “Twitter” hesabında bildirib.

“Birləşmiş Ştatlar davamlı sülh razılaşmasına nail olmaq üçün davam edən səyləri dəstəkləməyə davam edir”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl Bakı 17 erməni hərbçini İrəvana qaytarıb. Proses ABŞ-ın vasitəçiliyi ilə baş tutub.

AzVision.az

Teqlər:







Xəbər lenti