Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqlədi

   Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqlədi
  05 Oktyabr 2022    Oxunub:571
Rusiya prezidenti Vladimir Putin Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında müqavilələrin ratifikasiyası ilə bağlı dörd qanun imzalayıb .
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib.

Nəticəyə əsasən sentyabrın 30-da Vladimir Putin Ukraynanın dörd bölgəsinin - Donetsk, Luqansk, Zaporojye və Xersonun bir hissəsinin ilhaq edildiyini elan edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti