Ermənistandakı əcnəbi məhkumlar: Azərbaycanlı varmı?

      Ermənistandakı əcnəbi məhkumlar:   Azərbaycanlı varmı?
  05 Oktyabr 2022    Oxunub:839
Ermənistanın penitensiar müəssisələrində 135 əcnəbi məhkum var. Bu barədə ölkənin penitensiar xidmətdən məlumat verilib.
Onlar arasında Rusiya, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Suriya, İsrail, İran, Livan, Moldova, Türkiyə, ABŞ, Fransa, Almaniya, Yunanıstan, Hindistan, Peru, Kuba, Braziliya, Qambiya, Qvatemala, Şimali Makedoniya, Dominik respublikası və digər ölkələrin vətəndaşları var.

Məhkum olunan əcnəbilər arasında ikili vətəndaşlığı olanlar da var. Onlar həm Gürcüstan, həm də Rusiya, həmçininTürkiyə və Gürcüstan, Bolqarıstan və Rusiya , Livan və Venesuela vətəndaşıdırlar.

Qeyd edilir ki, Ermənistan ərazisində fəaliyyət göstərən on penitensiar müəssisədə ümumilikdə 2300 nəfər saxlanılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti