Düşmənə "dərs keçən" şəhid müəllimlərimiz - FOTOLAR

  Düşmənə "dərs keçən" şəhid müəllimlərimiz -    FOTOLAR
  05 Oktyabr 2022    Oxunub:1319
Bu gün müəllimlər günüdür. Azərbaycanın şanlı tarixində elə müəllimlər var ki, sinif otağını səngərə dəyişərək 44 günlük azadlıq savaşımızda müqəddəs saydıqları Vətən uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.
Vətən müharibəsi zamanı şəhid olan müəllimlərin adlarını təqdim edir:

Vüqar Vəliyev


Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. V. Vəliyev 2020-ci il oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində şəhid olub.

Şəhid müəllim Vüqar Vəliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Famil Əhmədzadə


Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Famil 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. O, oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Famil Əhmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Rəşad Məmmədov

Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Rəşad Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Elvin İmaməliyev


Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Elvin İmaməliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Şəhid Elvin İmaməliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Etiram Hüseynli


Etiram Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. Etiram Hüseynli oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Şəhid Etiram Hüseynli ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Qoşqar Ömərov


Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub.

Qoşqar Ömərov Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhid olub.

Şəhid Qoşqar Ömərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzuli azad olunmasına görə", "Şuşanınazad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Vidadi İsrafilov


Daşkəsən rayonu, Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi İsrafilov Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Elxan Rzayev


Elxan Rzayev 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub. Elxan Rzayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Şəhid Elxan Rzayev ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Xalid Nəciyev


Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı rayonunda anadan olub. O, noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.

Şəhid Xalid Nəciyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə"” və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Elgün Quliyev



Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Tural Rəhimov


Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. Tural Rəhimov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Şəhid Tural Rəhimov ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Rəvan Lətifov


Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Rəvan Lətifov noyabrın 6-da Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına şəhid olub.
Şəhid Rəvan Lətifov “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Əvdil Quliyev


Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. O, 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub. Şəhid Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Rabil İsmayılov

Rabil İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Şəhid Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayıl azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", və"Füzulinin azad olunmasına görə", medalı ilə təltif olunub.

Emil Qurbanov


Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub.O, Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub.

Şəhid Emil Qurbanov ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Kənan Müzəffərli

Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhid Kənan Müzəffərli ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə", medalları ilə təltif olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti