Hulusi Kılıç kitabını Aztv-yə hədiyyə etdi

Hulusi Kılıç kitabını Aztv-yə hədiyyə etdi
  05 Oktyabr 2022    Oxunub:900
Türk Ağsaqqalları Birliyinin (TAİB) Türk dünyası üzrə həmsədri, Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qonağı olub.
O, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbəri Rövşən Məmmədovla görüşüb.

Türkiyə-Azərbaycan münasibətlərindən, qardaşlıq əlaqələrinin möhkəmlənməsindən və son zamanlar ermənilərin törətdikləri təxribatlardan, dezinformasiyalardan danışan Hulusi Kılıç ona verilən yüksək dəyərə və diqqətə görə Rövşən Məmmədova öz minnətdarlığını bildirib.

Rövşən Məmmədov qonağı salamdıqdan sonra, Türkiyənin TRT telekanalı və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ortaq əməkdaşlığı haqqında ətraflı məlumat verib.
Tanınmış diplomat “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabını xatirə olaraq QSC-nin arxivinə hədiyyə edib.

Qeyd edək ki, TAİB-in Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk də görüşdə iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti