BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb

   BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb
  05 Oktyabr 2022    Oxunub:568
BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən Azərbaycan üzrə layihə sənədi hazırlanıb.
AzVision.az xəbər verir ki, bunu Proqramın icraçı direktoru Maimuna Mohd Şərif oktyabrın 5-də Ağdamda Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə edib, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğulayıb.

O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti