Zaporojyeyə kaset tipli "İskəndər"lər atılıb

   Zaporojyeyə kaset tipli    "İskəndər"lər atılıb
  05 Oktyabr 2022    Oxunub:338
Ruslar oktyabrın 5-də “İskəndər-K” kaset tipli raketləri ilə Zaporojyeyə hücum ediblər. Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux məlumat yayıb.
"Düşmən "İsgəndər-K" raketləri ilə rayon mərkəzinə hücum edib. İnfrastruktur ciddi ziyan dəyib, obyektlər məhv edilib", - o teleqramda yazıb.

Starux bildirib ki, raketlərdən biri şəhərin üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

"Klas tipli raketlərdən biri şəhərin üzərində zərərsizləşdirilib. Raket qırıntıları Zaporojyedə müxtəlif yerlərə düşüb. Heç bir halda onlara toxunmaq olmaz, təhlükəlidir", - Zaporojye rəhbəri deyib.

Eyni zamanda Starux əlavə edib ki, əgər bu raket hədəfi vursaydı, dağıntı daha böyük olardı.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti