Azərbaycan mina təmizlənməsinə dair illik planı artıracaq

Azərbaycan mina təmizlənməsinə dair illik planı artıracaq
  05 Oktyabr 2022    Oxunub:595
“Ermənistan bir neçə dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə basdırılan minaların xəritələrini təqdim edib. Amma onların dəqiqliyi 25 faizdir, yerdə qalan 75 faiz isə istifadəyə yararsızdır”.
Bunu ANAMA-nın direktor müavini Samir Poladov Ağdamda keçirilən Milli Şəhərsalma Forumunun panel müzakirələrində çıxış edərkən deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 390 709 ədəd piyada və tank əleyhinə minalar, partlamamış sursatlarla bağlı məlumat var. Qurum rəsmisi qeyd edib ki, indiyədək 54 841 hektar ərazi minalardan təmizlənib.

“2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plana əsasən, 40 000 hektar ərazi minalardan təmizlənməlidir”, - deyə o əlavə edib. Samir Poladov bildirib ki, Azərbaycan minalardan təmizlənmə prosesində illik planı inkişaf etdirmək niyyətindədir.

“Biz hədəfləyirik ki, işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənəcək əraziləri bir il ərzində 65 min hektara çatdıraq”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti