Kiyev tutduğu İran PUA-sını Rusiyaya qarşı işə saldı

   Kiyev tutduğu İran PUA-sını    Rusiyaya qarşı işə saldı
  05 Oktyabr 2022    Oxunub:723
Ukrayna Silahlı Qüvvələri sentyabrın sonlarında ölkənin cənubunda, Qara dəniz üzərində vurduqları "Mohajer-6" Pilotsuz Uçuş Aparatını (PUA) işə salıblar.
AzVision.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyası rəhbərinin mətbuat katibi Sergey Bratçuk briffinq zamanı məlumat verib.

Vurulan nəhəng İran PUA-sı dənizə düşdü - VİDEO
"Onu Qara dənizdə vurub suya endirdilər... Bu da İran istehsalı olan pilotsuz təyyarədir. Daha çox kəşfiyyat təyyarəsi kimi istifadə olunur. Kifayət qədər böyük aparatdır. Kiçik təmirdən sonra artıq Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə verilib. İndi bu "Mohajer" düşmənə qarşı istifadə olunacaq, onların mövqeləri və obyektlərinin kəşfiyyatı ilə məşğul olacağıq”, - o qeyd edib.

Qeyd edək ki, hələ avqust ayının sonlarında “The Washington Post” hərbi mənbələrə istinadən İran PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını yazmışdı. Bildirilirdi ki, Tehran Rusiya tərəfinə radiolokasiya stansiyaları, artilleriya və digər hərbi obyektlərə hücumlar üçün sursat daşımaq qabiliyyətinə malik ən azı üç növ PUA verib. Söhbət "Mohajer-6" və "Şahed" seriyalı cihazlardan gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   PUA   İran   Rusiya  





Xəbər lenti