Ermənilərin Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirilib

   Ermənilərin Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirilib
  05 Oktyabr 2022    Oxunub:570
Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

"Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir", - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti