Gəmiçilərə verilən yemək xərclərinin məbləği artırılıb

Gəmiçilərə verilən yemək xərclərinin məbləği artırılıb
  05 Oktyabr 2022    Oxunub:584
Dənizdə üzən gəmilərin işçiləri üçün verilən yemək xərclərinin məbləği artırılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” qərara dəyişiklik edilib.

Dəyişikliyə əsasən, dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün verilən məbləğ 15 manatdan 25 manata, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollardan 25 dollara artırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti