Ağır qəza: Yaralılar var

   Ağır qəza:    Yaralılar var
  05 Oktyabr 2022    Oxunub:549
Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.
Məlumata görə, "VAZ-21099" markalı avtomobilin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1958-ci il təvəllüdlü M.Abdullayev, 1972-ci il təvəllüdlü K.Axundov və 1955-ci il təvəllüdlü P.Axundova xəsarət alıb.

Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)


Teqlər:





Xəbər lenti