26 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

26 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
  22 Noyabr 2022    Oxunub:741
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzVision.az a verilən məlumata görə, noyabrın 21-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 29 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 26 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 13 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti