İlham Əliyev Belqradda Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi

   İlham Əliyev Belqradda Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi
  23 Noyabr 2022    Oxunub:291
Serbiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı abidələrin önünə əklil qoyub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.

Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

AzVision.az

Teqlər:







Xəbər lenti