Gecə küçədə səs-küy edənləri cəza gözləyir: 2500 manat

   Gecə küçədə səs-küy edənləri cəza gözləyir:    2500 manat
  23 Noyabr 2022    Oxunub:662
Bəzən şəhərin mərkəzində, ictimai yerlərdə uca səslə edilən mübahisələr və ya digər səslər insanların narahatlığına səbəb olur.
Amma qanuna əsasən gecə saat 12-dən səhər saat 7dək bu qaydanı pozan fiziki şəxslər 150-250 manat ,hüquqi şəxslər isə 2000-2500 manat cərimə olunur. Bəs maraqlıdır bu qayda hansı ölçü meyarına əsaslanır?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, illərdir qəbul olunmasına baxmayaraq, vətəndaşların əksəriyyətinin bu qanundan xəbəri yoxdur: “Bu yaxınlarda sosial şəbəkələrdə bir video izlədim. Hətta avtomobilin nömrəsi də düşürdü. Ağ avtomobil gecə saat 2 sevdiyi qıza özünü göstərir ya yoldaşından küsüb bilmirsən. Yüksək səslə böyük bir kompleksi dairə vurur. Adam bir adamı narahat eləmir bəlkə minə yaxın ailənin dincliyini pozur. Bir adam gedib onu şikayət eləmir. Bunun cəzası varda cərimə olunsa- 200 manatı alınsa elə onun maşının qiyməti 200 manatdır”.

Mütəxəssis bildirir ki, bəzən bu cür halları sübut etmək çətin olsa da, mümkünsüz deyil: “Burada ölçü meyarı yoxdur ola bilər insandır ictimai qaydanı pozur telefonunda musiqini qoyur durur blokun ağzında 1-2-ci mərtəbədə artıq səs eşidilir adamlar narahat olur. Bunun gəlib səsin dərəcəsini gəlib ölçməyəcəklər. Sən bu xətanı artıq törədirsən və bunun məsuliyyətini də daşımalısan. Şikayətçi tərəf bu vəziyyətdən əziyyət çəkirsə, telefon vasitəsi ilə video material kimi çəksə bununla bağlı bir tədbir görüləcək”.

“Norma” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev bu cür halların minimum həddə çatdırılması üçün vətəndaşların polisə müraciət etmələrini tövsiyə edir: “Ümumiyyətlə gecə saat 12-dən səhər saat 7-ə qədər evdə təmir işlərinin aparılması istirahət rejiminin pozulması şənliklərin keçirilməsi qonşulara narahatlıq verilməsi bu digər insanların hüquqlarının pozulmasıdır. Ona görə də vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər nəticədə də həmin şəxsləri cərimə olunacaq”.

Mütəxəssislər hesab edirlər ki, bəzən cərimələrin artması qanun pozuntusunun qarşısını almaqda heç də səmərəli vasitə olmur. Onların fikrincə, geniş maarifləndirmə işinin aparılması daha effektiv ola bilər.




Teqlər:





Xəbər lenti