Almaniya millisi uduzub

Almaniya millisi uduzub
  23 Noyabr 2022    Oxunub:630
Almaniya millisi ardıcıl ikinci dəfə dünya çempionatında açılış oyunlarını uduzub.
AzVision.az "Squawka"ya istinadən xəbər verir ki, Qətərdəki dünya çempionatının E qrupunda Yaponiyaya 1:2 hesabı ilə məğlub olan Bundestim 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda isə Meksika ilə bacarmayıb - 0:1.

Bundan başqa, Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv dünya çempionatlarındakı son 4 matçından 3-dən məğlubiyyətlə ayrılıb. Rusiyadakı mundialda Meksika və Cənubi Koreya almaniyalılar bu aqibəti yaşadıb.

Qeyd edək ki, Almaniya millisi E qrupunda 2-ci oyununu noyabrın 27-də İspaniyaya qarşı keçirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti