KTMT-yə yeni Baş katib təyin edildi

KTMT-yə yeni Baş katib təyin edildi
  23 Noyabr 2022    Oxunub:493
Qazaxıstanın siyasi xadimi İmanqali Tasmaqambetov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi təyin edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, o, gələn ilin yanvar ayından vəzifəsini icra etməyə başlayacaq.

Xatırladaq ki, KTMT-də bu vəzifəni Stanislav Zasın yerinə yetirirdi.

Qeyd edək ki, Tasmaqambetov 1956-cı il dekabrın 9-da Quryev vilayətinin Novoboqat kəndində anadan olub.

AzVision.az



Teqlər:





Xəbər lenti