Ağdaşda 3 yaşlı uşaq su arxında batıb

Ağdaşda 3 yaşlı uşaq su arxında batıb
  23 Noyabr 2022    Oxunub:548
Bu gün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti