Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb

Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb
  23 Noyabr 2022    Oxunub:246
Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb.
Bu barədə AzVision.az -a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.
Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir.

AzVision.az

Teqlər:







Xəbər lenti