Bakıda tək yaşayan yaşlı qadın vəfat edib

   Bakıda tək yaşayan yaşlı qadın vəfat edib
  23 Noyabr 2022    Oxunub:482
Bakının Nərimanov rayonunda ölüm hadisəsi baş verib.
Hadisə Həsənoğlu 62 ünvanında qeydə alınıb.

1956-cı il təvvəllüdlü Mirzəyeva Mülayim Əvəz qızı yaşadığı binanın həyətinə düşərkən səhhətində yaranan problemdən müvazinətini itirərək yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qadın mənzildə tək yaşayıb.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(APA)


Teqlər:





Xəbər lenti