Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib

   Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib
  23 Noyabr 2022    Oxunub:395
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

O tələb edib ki, "KTMT Azərbaycanın hərəkətlərinə siyasi qiymət verməlidir".

AzVision.az

Teqlər:







Xəbər lenti