DTX: "Ermənistan silahlar almağa cəhd göstərir, sülh müqaviləsini yubadır"

      DTX:    "Ermənistan silahlar almağa cəhd göstərir, sülh müqaviləsini yubadır"
  24 Noyabr 2022    Oxunub:457
İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələr hər vəchlə maneçilik törətməyə çalışır.
AzVision.az xəbər verir ki, bunu DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.

DTX rəisinin birinci müavini qeyd edib ki, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.

AzVision.az

Teqlər:







Xəbər lenti