Maskdan yeni amnistiya: "Twitter"də bağlanmış hesablar bərpa edilə bilər

      Maskdan yeni amnistiya:    "Twitter"də bağlanmış hesablar bərpa edilə bilər
  24 Noyabr 2022    Oxunub:309
İlon Musk "Twitter"də bağlanmış hesabların bir neçə məhdudiyyətlə geri qaytaracaq "ümumi amnistiya" təklif edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, təklif "Twitter"də qanunları pozmayan və ya spam göndərməyən hesablara şamil ediləcək. Reallaşsa, bu, Maskın ən böyük siyasi dəyişikliklərindən biri ola bilər.

"Twitter" qaydaları pozduğuna görə bir sıra hesabları bloklayıb. Bunlara nifrət dolu məzmun, təqib, dezinformasiya, ekstremizm, zorakılıqla hədələmə, şəxsi həyatın və ya müəllif hüquqlarının pozulması və s. qadağalar daxildir. Çox gümanki, bu hesabların hamısı Maskın amnistiyasına düşəcək və platformaya qayıdacaq.

Mask bu təklifi sorğu anketi formasında bir tvitlə təqdim edib. Bir neçə dəqiqə ərzində tvitə yarım milyondan çox cavab gəlib və onların təxminən 75 faizi amnistiyanı dəstəkləyib.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti