Lukaşenko Tsarukyanın malikanəsində gecələyib

Lukaşenko Tsarukyanın malikanəsində gecələyib
  24 Noyabr 2022    Oxunub:667
Xəbər veridiyimiz kimi dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri sammit çərçivəsində Ermənistana səfər ediblər. Maraqlıdır ki, digər ölkə rəhbərlərindən fərqli olaraq Belarus prezidenti Aleksandr Lukaşenko villada gecələyib.
Bu barədə "Hraparak" məlumat yayıb. Nəşr iddia edir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan əvvəlcə Lukaşenkonu Zvartnots hava limanında qarşılayıb və sonra onu sammitə qədər müşayiət edib.

"Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, digər qonaqlar oteldə gecələdikləri halda, Qaqik Tsarukyan Lukaşenkonu şəxsi evində qonaq edib", sayt yazıb.

Müəllif qeyd edir ki, Tsarukyan Lukaşenkonu öz malikanəsində qəbul etməyə çox uzun müddət və diqqətlə hazırlaşıb. Bütün malikanəni mühafizəçiləri qoruyublar. Rəsmi səfərlərdə ölkə rəhbərlərinin təhlükəsizliyi ilə bağlı məsuliyyət birbaşa aidiyyəti dövlət qurumlarınını üzərinə düşür. İndiki halda Belarus rəhbərinin hansısa malikanədə gecələməsi erməni mediasında müzakirələrə səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti