Üç qızdan sonra üçəmləri olan ailənin aqibəti necə olacaq? - VİDEO

   Üç qızdan sonra üçəmləri olan ailənin aqibəti necə olacaq? -    VİDEO
  24 Noyabr 2022    Oxunub:275
Aytəkin, Gültəkin və Nurtəkin. Məmmədovlar ailəsi oğlan arzulasa da, üç qız övladı dünyaya gəlib. Buna ən çox sevinənlər isə ailənin böyük qızları Xəyalə, Aişə və Zəhradır.
30 yaşlı Günel Məmmədovanın üçəmləri nəzərdə tutulan müddətdən tez dünyaya gəldiyindən bir müddət həkim nəzarətində saxlanılıb. 9, 7 və 4 yaşlarında 3 qız övladı da olan ailə nə qədər sevincli olsa da, məişət qayğıları və maddi çətinlik valideynləri indidən narahat etməyə başlayıb.

Ailənin vəziyyəti ilə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan da münasibət bildirilib.

“DSMF tərəfindən elektron qaydada üç uşağın hər biri üçün körpənin anadan olmasına görə 300 manat, yəni ümumilikdə 900 manat məbləğində birdəfəlik müavinət təyin edilir. Həmçinin beşdən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, onlar 1 yaşına çatdıqda isə hər bir uşağa görə 70 manat, ümumilikdə 420 manat məbləğində müavinət təyin olunacaq. Bu ödənişlərdən başqa ailə ünvanlı dövlət sosial yardım hüququnun yoxlanılması üçün elektron qaydada müraciət edə bilər”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Məmmədovlar ailəsi Şəmkirin Dəllər Cırdaxan kəndində yaşayır. 6 qızları olan gənc valideynlər bütün çətinliklərə baxmayaraq, bundan sonra da övlad sahibi olmağı arzulayırlar. Ətraflı Baku TV-nin videosunu təqdim edirik:



AzVision.az

Teqlər:







Xəbər lenti