İranda 85 uşaq edam hökmünün icrasını gözləyir

   İranda 85 uşaq edam hökmünün icrasını gözləyir
  24 Noyabr 2022    Oxunub:1220
“İranda bu ilin sentyabrınadək 400-dən çox insan edam olunub. Son 5 ildə ilk dəfədir ölkədə edam edilənlərin sayı 400-ü ötüb”.
AzVision.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib. Onun sözlərinə görə, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam olunub.

F.Türk deyib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir: “Bu il onların ikisi edam edilib”.

AzVision.az



Teqlər:





Xəbər lenti