Kim Çen In və qızı “Hvason-17”ni sınaqdan keçirənlərlə birgə - FOTOLAR

 Kim Çen In və qızı “Hvason-17”ni sınaqdan keçirənlərlə birgə -    FOTOLAR
  27 Noyabr 2022    Oxunub:1245
Şimali Koreya lideri Kim Çen In və qızı yeni “Hvason-17” qitələrarası ballistik raketinin uğurla sınaqdan keçirilməsində əməyi olan heyətlə xatirə şəkli çəkdirib. Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Fotoda Kim Çen Inla Qırmızı Bayraq Şirkətinin əsgərləri, müdafiə tədqiqat təşkilatının əməkdaşları, alimləri, texniki işçiləri və hərbi fabriklərin işçiləri görüntülənib. Agentlik Koreya liderinin qızının adını qeyd etməyib.

Qeyd edək ki, noyabrın 18-də Şimali Koreya Yaponiya dənizinə doğru qitələrarası ballistik raket buraxıb. "Hvason-17" maksimum 6040,9 kilometr yüksəklikdə 999,2 kilometr uçaraq Yapon dənizində nəzərdə tutulan akvatoriyaya düşüb.



Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti