Rusiya Belarusdakı hərbçiləri Ukraynaya göndərməyə hazırlaşır

Rusiya Belarusdakı hərbçiləri Ukraynaya göndərməyə hazırlaşır
  28 Noyabr 2022    Oxunub:522
Rusiya komandanlığı hazırda bütün səylərini Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin hücumlarının qarşısını almağa yönəldib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində məlumat verilib. Qeyd edilir ki, ruslar dağıdılmış bölmələrini bərpa etməyə çalışırlar. Xeyli nsayda texnikaların yerdəyişməsi qeydə alınıb.

Məlumata görə hazırda gücləndirilən bölmələrə döyüş qabiliyyətini artırmaq üçün Belarus Respublikası ərazisindəki rus hərbçilərinin də qatılması gözlənilir.

Eyni zamanda, Baş Qərargah qeyd edir ki, Belarus ərazilərində rus hücum qruplarının formalaşması əlamətləri aşkar edilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Belarus  





Xəbər lenti