Rusiya ilk dəfə lüks yolsuzluq avtomobili istehsal etdi

Rusiya ilk dəfə lüks yolsuzluq avtomobili istehsal etdi
  28 Noyabr 2022    Oxunub:640
Rusiyada yerli “Aurus Komendant” yolsuzluq avtomobilinin buraxılışına başlanılıb. AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, avtomobilin ilk seriyaları noyabrın 26-da Yelabuqadakı zavodda istehsal edilib.

Bu, əksər hissələri rus istehsalçıları tərəfindən təmin edilən və tam olaraq ölkənin daxili istehsalı olan ilk rus lüks yolsuzluq avtomobilidir.

O da vurğulanır ki, hazırda avadanlıqların istehsal təminatı ilə bağlı yerli təchizatçıların payı 70%-ə çatıb. Bura avtomobilin bütün əsas komponentlər - transmissiya, elektronika, interyer və dekorativ həllər və s. daxildir.

İstehsal prosesi Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə başlanıb.
Şirkət 2023-cü ilin birinci rübündə satışa başlamağı planlaşdırır və avtomobilin dəyəri 33,7 milyon rubl olacaq.

Tural Tağıyev
AzVision.az




Teqlər: Rusiya  





Xəbər lenti