Türkiyə Suriya və İraqda quru əməliyyatlara başlayır

   Türkiyə Suriya və İraqda quru əməliyyatlara başlayır
  28 Noyabr 2022    Oxunub:1074
Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirəcəyi ehtimal edilən quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir.
Bu barədə “Milliyyət” yazıb. Bildirilib ki, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb. Qeyd edilib ki, bu, Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır.

ABŞ-ın tələblərinə görə, terror təşkilatları 30 kilometr geri çəkilməli və bundan sonra əraziyə ABŞ hərbçiləri yerləşdirilməlidir: “Ankara bu plana müsbət yanaşmır. ABŞ-ın ərazidə hərbi cəhətdən güclənməsi davam edir. Son 1 ayda ABŞ bölgədə 6 dəfə hərbi təminat həyata keçirib”.

Qəzet yazır ki, xüsusilə Tel–Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də, ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti