Dünyanın yox olan Şimalı: Daimi buzlaqların əriməsi niyə təhlükəlidir?

      Dünyanın yox olan Şimalı:    Daimi buzlaqların əriməsi niyə təhlükəlidir?
  28 Noyabr 2022    Oxunub:1319
Qlobal istiləşmə və buzlaqların əriməsi Kanada, Rusiya və ABŞ kimi ölkələrdə “permafrost” adlanan donmuş torpağın məhv olması ilə nəticələnir. Buzlaqların altındakı donmuş metan qazının atmosferə qarışması qlobal istiləşməni daha da sürətləndirir.
Arktika buzlaqlarının əriməsi uzun müddət davam edən problemdir. Nəhəng buzlaqların mühüm vəzifəsi günəşdən gələn radiasiyanı əks etdirməkdir, lakin onların əriməsi ilə yaranan çıxan okean suyu bu radiasiyanı udur və planetin daha da istiləşməsinə səbəb olur. İstiləşmə rütubətin qütb dairələrinə çəkilməsinə və yağıntıların çoxalmasına səbəb olur. Bu da iqlimi təhdid edən ekoloji fəlakətə gətirib çıxarır.

Permafrost - iki il və ya daha çox müddət ərzində donmuş torpaq parçasına deyilir. NASA-nın məlumatlarına görə Kanada, ABŞ-ın Alyaska əyaləti, Rusiya və Qrenlandiyada təxminən 18 milyon kvadrat kilometr torpaq sahəsi əbədi dondadır. Bu, dünya ərazisinin təxminən 11 faizi deməkdir. Sözügedən ərazinin çox hissəsində adətən torpağın birinci təbəqəsi və ya səthdən bir metr aşağısı donub. Bununla belə, bəzi bölgələrdə donmuş torpağın dərinliyi bir neçə kilometrə çata bilər.

Permafrostların əriməsi dünya və iqlim üçün çox təhlükəlidir. Çünki burada torpaq, çınqıl, qum, üzvi materiallar və yüksək miqdarda metan donmuş vəziyyətdədir. əbədi don torpağın əriməsi atmosferə çoxlu miqdarda karbon və metan bloklarının atılması deməkdir. NASA-nın məlumatına görə, donmuş torpaqda təxminən 1,700 milyard ton həcmində karbon var. Bu rəqəm 2019-cu ildə dünyanın qalıq yanacaq emissiyaları kimi buraxdığı karbonun miqdarından təxminən 51 dəfə çoxdur. Hazırda əbədi don torpağın əriməsi ilə Yaponiyanın bir il ərzində buraxdığı qədər istixana qazı artıq atmosferə daxil olur.

Kolorado Boulder Universitetinin Arktika və Alp Tədqiqatları İnstitutunun rəhbəri Merritt Turetsky daimi donların əriməsinin qütb əriməsindən daha az diqqət çəkdiyini vurğulayır.

Əbbədi donun əriməsi iqlimə dağıdıcı təsir göstərə bilər

ABŞ-dakı Vudvel İqlim Tədqiqatları Mərkəzindən Brendan Rocers permafrostun əriməsini "təsiri hələ müəyyən edilməmiş yuxuda olan nəhəng" kimi təsvir edib.
"Böyük miqdarda karbondan danışırıq. Biz onların hamısının əriyəcəyini gözləmirik, çünki onun bir hissəsi çox dərindədir və əriməsi yüzlərlə, minlərlə il çəkəcək. Ancaq hətta kiçik bir hissənin atmosferə daxil olması, böyük fəlakətə səbəb olur", deyir Rogers.

2022-ci ildən 2100-cü ilə qədər donmuş torpaqdan atmosferə daxil olacaq karbon emissiyalarnın miqdarı ildə təxminən 99 giqatondan 550 giqatona qədərdir. "Environmental Research Letters" jurnalında sentyabr ayında dərc olunan məqaləyə görə, AmerikA Birləşmiş Ştatlar hazırda atmosferə hər il 368 giqaton karbon buraxır.

Donmuş torpağın əriməsi regionn üçün də müxtəlif problemlər yaradır. Geniş otlu tundra sahələri bataqlığa çevrilməyə və torpaq əridikcə tikilən evlər batmağa başlayacaq. Alyaskanın Nunapitchuk şəhərində yaşayan Morris J. Aleksi deyir ki, atasının 1969-cu ildə tikdirdiyi ev də batmağa başlayıb, ona görə də onlar həmin evdən köçməli olublar.



"Təkcə torpaq bataqlığa çevrilmir. Ərimə səthində böyük çuxurlar və hətta yeni göllər əmələ gəlir. Yaşayış məntəqələri yoxa çıxdıqca bu yerləri birləşdirən yollar da dağılır", Aleksi əlavə edib.

Meşə yanğınları da əbədi donmuş sahələrin məhvini sürətləndirir. Rusiyada Sibir meşələrini külə çevirən yanğınlar səbəbindən buradakı donmuş torpaq da həmişəlik əriyir. Yanğınlar söndürülsə belə, torpaq altı aydır yanmağa davam edir.

Permafrostun üst təbəqəsi izolyator rolunu oynayır. O əriməyə başlayanda alt təbəqələr də çox tez itir. Buna görə də Rusiyanın mərkəzi və şimal bölgələrində nəhəng kraterlər və çuxurlar əmələ gəlməyə başlayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti