“Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək

  “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək
  28 Noyabr 2022    Oxunub:301
Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.
AzVision.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Medal 2023-cü ilin yanvar–may aylarında təsis olunacaq. Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.

AzVision.az

Teqlər:







Xəbər lenti