"Xeyli sayda Qərb ölkəsi vətəndaşlarını həbs etmişik" - İran XİN

   "Xeyli sayda Qərb ölkəsi vətəndaşlarını həbs etmişik" -    İran XİN
  28 Noyabr 2022    Oxunub:930
İranın hüquq-mühafizə orqanları xeyli sayda Qərb ölkəsi vətəndaşlarını həbs edib. AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib.
XİN rəsmisindən sitat gətirən İRNA agentliyi yazıb ki, onların hamısı kütləvi iğtişaşlarda iştiraka görə saxlanılıblar.

Qeyd edək ki, sentyabrın ortalarından İranda gənc qadın Məhsa Əmininin hicabı düzgün taxmamasına görə öldürülməsi ilə bağlı kütləvi etirazlar keçirilir. Küçə iğtişaşları əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir. İran hakimiyyəti Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yaymaqla yanaşı, ölkədə hakimiyyəti devirməyə çağıran etirazçıları dəstəkləməkdə ittiham edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti