"Saakaşvilinin bədəninda zəhər aşkarlanıb" - Vəkil

   "Saakaşvilinin bədəninda zəhər aşkarlanıb" -    Vəkil
  28 Noyabr 2022    Oxunub:957
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin bədənində zəhərli maddə aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Şalva Xaçapuridze məlumat yayıb. Onun sözlərinə görə Saakaşvilinin bədənində məşhur zəhər olan "mışyak"ın (Arsenium-red.) fəsadları aşkarlanıb. Bununla bağlı dırnaq analizinin cavabı hələ ki açıqlanmayıb. Lakin telefon danışığı zamanı qeyd edilib ki, hazırda türmədə olan keçmiş ölkə başçısının bədənində arsenium üzə çıxıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti