Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib

   Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib
  28 Noyabr 2022    Oxunub:872
Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.
AzVision.az “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Nazir söyləyib ki, rəsmi İrəvan Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid edir.

O bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər: "Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”. Onun sözlərinə görə, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.

AzVision.az



Teqlər:





Xəbər lenti