Şarl Mişel Çinə səfər edəcək

   Şarl Mişel Çinə səfər edəcək
  28 Noyabr 2022    Oxunub:701
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 1-də Çinə səfər edəcək.
AzVision.az xəbər verir ki, səfər Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin dəvəti əsasında baş tutacaq. Rəsmi məlumata görə Şarl Mişelin ÇXR Sədri Si Cinpin və digər rəsmilərlə görüşlərində beynəlxalq və ikitərəfli məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Avropa İttifaqı özünün sanksiyalarına uyğun olaraq, Çinin də Rusiyaya silah və hərbi texnika təchiz etməsini istəmir. Avropa İttifaqı bu yaxınlarda Çin subsidiyalı şirkətlərin ittifaqın bazarına girişini məhdudlaşdıran qanun qəbul edib.

Xatırladaq ki, Şarl Mişelin Si Cinpinlə qarşıdakı görüşündən təxminən 1 ay əvvəl Almaniya kansleri Olaf Şolts Pekində, Fransa Prezidenti Emanuel Makron isə “Böyük iyirmilik” (G20) qrupunun İndoneziyadakı zirvə görüşü çərçivəsində Çin lideri ilə görüşüb.

AzVision.az





Teqlər:





Xəbər lenti