Rusiya səfiri Kanada XİN-ə çağırılıb

Rusiya səfiri Kanada XİN-ə çağırılıb
  28 Noyabr 2022    Oxunub:494
Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə səfir özü məlumat verib. Bundan əvvəl Kanada KİV-ləri rusiyalı diplomatın LGBT təbliğatını qadağan edən qanun layihəsi ilə bağlı səfirliyin nəşrlərinə görə Kanada Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Noyabrın 24-də Dövlət Duması media, internet, ədəbiyyat və kinoda pedofiliyanın təbliği və əsaslandırılmasına və cinsiyyətin dəyişdirilməsinə görə cəza nəzərdə tutan ənənəvi dəyərlərin qorunması haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

AzVision.az



Teqlər:





Xəbər lenti