Paşinyan iki deputatı özünə müavin təyin etdi

   Paşinyan iki deputatı özünə müavin təyin etdi
  29 Noyabr 2022    Oxunub:423
Ermənistanın baş naziri, Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin sədri Nikol Paşinyan hakim siyasi qüvvənin idarə heyətinin iclasını keçirib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İclasda partiya aparatının tərkibi təsdiq edilib. Paşinyanın təklifi ilə deputat Vaaqn Aleksanyan onun partiya xətti üzrə müavini, deputat Gevorq Papoyan isə digər məsələlərə baxacaq müavin təyin edilib.

Bundan başqa, Aleksanyan xarici əlaqələrə və inkişafa, Papoyan isə ərazi strukturları ilə işə nəzarət edəcək.

İclas iştirakçıları partiyanın gündəliyində duran bir sıra digər məsələləri də müzakirə ediblər.

Xatırladaq ki, Paşinyan oktyabrın 29-da keçirilən qurultayda partiyanın İdarə Heyətinə rəhbərlik edib. O, bu postda müdafiə naziri Suren Papikyanı əvəz edib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Paşinyan  







Xəbər lenti