Bakı-Sumqayıt yolunda zəncirvari qəza- Ölən var (FOTO)

   Bakı-Sumqayıt yolunda zəncirvari qəza-    Ölən var (FOTO)
  30 Noyabr 2022    Oxunub:456
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
AzVision.az xəbər verir ki, "Mercedes" markalı avtomobil "Fiat" markalı avtomobillə toqquşub. Eyni zamanda hadisə nəticəsində daha iki avtomobilə ziyan dəyib.
4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada bir nəfər hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.



Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti