"Sentyabrda öldürən yüzdən çox hərbçimiz hələ də dəfn olunmayıb" - Avaqyan

   "Sentyabrda öldürən yüzdən çox hərbçimiz hələ də dəfn olunmayıb" -    Avaqyan
  30 Noyabr 2022    Oxunub:324
Xəbər verdiyimiz kimi İrəvan meriyasının paytaxtın Yeni İl bayramına hazırlanması ilə bağlı xərcləri erməni cəmiyyətində ciddi narazılıqlara səbəb olub. Təkcə şam ağaclarının quraşdırılmasına, bəzək əşyalarının alınmasına azı 650 min dollar xərcləyib. Hökumət evi isə tam şəkildə çilçıraqlarla bəzədilir.
Ermənistan parlamentinin keçmiş deputatı Karen Avaqyan isə Paşinyan hakimiyyətinin xərclədiyi bu pullara görə narazılıq edən öz xalqını tənqid edərək onların buna layiq olduğunu söyləyib.

"650 min dollara şam ağacı quraşdırınca əsgərə geyim alardınız" - Kazaryan
- Niyə Yerablurdakı yarımçıq məzarlardan və minlərlə yeni qəbirlərdən şikayətlənirsiniz? Bu hökumət sizə meydanda yolka qurdu. Nə üçün şikayət edirsiniz ki, sentyabr hadisələri nəticəsində öldürülmüş yüzdən çox hərbçi hələ də dəfn olunmayıb, bu hökumət sizi "İrəvan ordeni" ilə təltif edib axı.

Niyə gileylənirsən ki, polislər 44 günlük müharibədə öldürülmüş oğlanlarımızın ata-anasını sürüyüb aparırdı, təhqir edirdi? Bu hakimiyyət sənə ictimai yerlərdə çilçıraqlar təqdim edir, hər yer işıq saçır - , eks-deputat mövzuya lağ-lağı şəkildə yanaşıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Eks-Deputat  







Xəbər lenti